Həkim, süd vəzimi niyə əməliyyat edəcəksiniz? |
|
Həkim, süd vəzimi niyə əməliyyat edəcəksiniz?
Süd vəzisi əməliyyatı niyə aparılır?
Süd vəzisi əməliyyatları iki səbəblə aparılır:
1-Süd vəzisindəki SOLİD (kista olmayan) kütlənin və ya şübhəli sahənn adını qoymaq üçün, yəni diaqnostik məqsədlə.
2- Bəd xassəli olduğu anlaşılan SOLİD (kist olmayan) kütlənin çıxarılması, yəni müalicə məqsədli.
Əgər biz həkimlər sizə "əməliyyat olmalısınız" desək, dərhal "NİYƏ ƏMƏLİYYAT" sualını verməlisiniz:
Diaqnostik məqsədləmi yoxsa müalicə məqsədləmi?
Əgər müalicə məqsədlidirsə: Bu sualı verməlisiniz:
"Məndə biopsiya testi aparıldımı və xərçəng diaqnozu biopsiya nəticəsində raport edildimi, yəni resmi sənədlərdə xərçəng diaqnozu yazıldımı?" Bu raportun bir nüsxəsini mütləq həkiminizdən alın.
Əgər xəstənin süd vəzisi xərçəngi olduğu biopsiya raportu ilə rəsmiləşmişdirsə, əməliyyat edilməlidir. Xərçəng toxumasın və ya süd vəzisi tamamilə çıxarılmalı, buna əlavə olaraq da qoltuq altındakı limfa vəzilərindən nümunə alınmalıdır.
Əgər əməliyyat diaqnostika məqsədlidirsə:
- Mənim yaşım xərçəngin rastlanma yaşına yaxındırmı (40 yaşdan böyük), radioloji müayinələr xərçəng şübhəsini göstərirmi?
- Həkim, müayinəsi nəticəsində xərçəng olduğumdan şübhələnib?
- Ailəndə xərçəng xəstəsi varmı?
- Məndə xərçəng riski varmı?
Aşağıdakı cədvəl sizə kömək edəcəkdir:
30 yaşdan gənc
|
30-40 yaş arası
|
40 yaşdan böyük
|
Əllə hiss edilən kütləni ultrasəs ilə müayinə etmək kifayətdir.
|
Əllə hiss edilən solid kütləni ultrasəs və ehtiyac varsa, mammoqrafiya ilə müayinə etmək lazımdır.
|
Əllə hiss edilən solid kütləni çıxarmaq və patohistoloji analizə göndərmək lazımdır.
|
Gənc yaşda olan qadınlarda kütlələr çox vaxt fibroadenomadır və bu dövrdə tez-tez təkrarlana bilərlər. ona görə də çıxarmaq lazım deyil.
|
Bu yaşlardakı kütlələr də çox vaxt fibroadenomadır, ancaq artıq bəd xassəli xəstəliklər də görülməyə başlamışdır. Dəqiq diaqnostika üçün müşahidə və ya kütlənin çıxarılması lazım gələ bilər.
|
Bu yaşlarda əllə hiss edilən solid kütlələr (əvvəlcədən hiss edilmədisə) MÜTLƏQ çıxarılmalı və dəqiq diaqnoz qoyulmalıdır.
|
Radioloji müayinələr ikinci plandadır. Bu yaşlarda bəd xassəli xəstəliklər, yəni xərçəng çox nadir rastlanır.
|
Radioloji qiymətləndirmə vacibdir. Bu müayinə nəticəsində kütlənin şübhəli olduğu anlaşıldığı hallarda, çıxarılması daha doğru olar.
|
Radioloji qiymətləndirmə ikinci plandadır.
|
|