Fibroadenoma | |
Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmış, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər. Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir. Ələ asanlıqla gəlməsi, dəqiq diaqnoz üçün kifayət deyil; Fibroadenoma diaqnozu klinik diaqnoz deyil. Dəqiq diaqnoz üçün kütlənin çıxarılması və ya iynə biopsiyası ilə nümunə alınıb patoloji analiz aparılmalıdır. Səhv diaqnoz qoymamaq üçün “üçlü test” tətbiq edilməlidir. Fibroadenomaların süd vəzisi xərçəngi ilə əlaqəsinin olub olmadığı, illər boyunca təcrübələrin mövzusu olmuşdur. Bu günə qədər süd vəzisi xərçənginin inkişafında fibroadenomaların bir rolu olduğu göstərilə bilməmişdir. Döşündə fibroadenoma və ya fibroadenomalar daşıyan qadınların süd vəzisi xərçənginə tutulma riskində bir artma yoxdur. Fibroadenomaların klinik əhəmiyyəti: Fibroadenomalar tək başına bir problem təşkil etmirlər. Çox yavaş böyüdükləri, ətraf toxumalara yayılmadıqları üçün bədən üçün heç bir təhlükə yaratmırlar. Fibroadenomaların müalicəsindən çox dəqiq diaqnozu daha vacibdir. Əgər müayinə və radioloji müayinələrdə fibroadenoma olduğu düşünülən bir kütlə varsa, bunun dəqiq diaqnozu qoyulmalıdır. süd vəzisi xərçəngi ilə qarışdırılmaması və bu səbəblə xərçəng diaqnozu unudulmamalıdır.
|