ANASAYFA Bilmək istədikləriniz
Əməliyyatdan qorxursunuzmu? Əməliyyat qorxusunun öhdəsindən gəlmək
 

ameliyat_korkuƏməliyyatdan qorxursunuzmu? Əməliyyat qorxusunun öhdəsindən gəlmək

Sağlam ölçülərdəki bir əməliyyat qorxusu pis bir şey deyil. Əməliyyatı çox qeyri-ciddi almamağınıza köməkçi olar. Ancaq sağlamlıqsız, həddindən artıq ölçüdə bir qorxu sağlamlığınız üçün lazım olanı etmənizə maneə təşkil edə bilər. Əməliyyat qorxunuz, həqiqətən ehtiyacınız olan bir əməliyyatı olmağınıza mane olursa özünüzü tək hiss etməniz lazım deyil. Əməliyyat qorxusu sıx görülən bir vəziyyətdir, ancaq eyni zamanda da son dərəcə  öhdəsindən gəlinə biləcək bir vəziyyətdir. Yaxın gələcəkdə bir əməliyyat olacağınız qətilik qazandığında və ya belə bir ehtimal ortaya çıxdığında, sizdə çaşqınlıq yarada bilər  və özünüzü pis hiss edə bilərsiniz və ya sakit və hazır hiss edə bilərsiniz. İnsanlar ümumiyyətlə əməliyyata bir həftə qalana qədər rahat olurlar. Bu zamandan  etibarən, insanlar nə olacağı haqqında düşünməyə başlayırlar. Bir həkimin bədəniniz üzərində bir əməliyyata girişəcək, bədəninizi kəsəcək, bədən bütövlüyünüzü pozacaq olması və bütün bu müddətdə sizin bir müdaxilə şansınızın olmaması fikri, sizi əsəbi və narahat edə bilər, əməliyyatı etdirmək istəyinizdən əmin olmaya bilərsiniz.

Həkiminiz və sağlamlıq qrupunun digər üzvlərilə  əməkdaşlıq ilə, əməliyyat qorxusuyla mübarizə apara bilər və nəzarəti əlinizə ala bilərsiniz. Əməliyyat qorxusu sizə maneə olmamalıdır.

Əməliyyat qorxusu və narahatlığı nədir?

Əməliyyat qayğısı, xəstənin əməliyyat qorxusu ilə bağlı olaraq ürəyin sürətlə vurması, ürək bulanma, çətinlik, narahatlıq, yuxu pozğunluğu kimi şikayətlər yaşadığı fizioloji bir vəziyyətdir. Əvvəl narahatlıq pozğunluqları olan kəslər əməliyyat narahatlığı və qorxusuna daha uyğun ola biləcək olsalar da, bir çox adam əməliyyata hazırlanarkən ilk dəfə bu və buna bənzər halları yaşaya bilərlər.

Məlumat ilə güclənin

Əməliyyatla bağlı tərəddüdlərinizin öhdəsindən gəlməkdə əhəmiyyətli bir addım, narahatlığınız, təklif edilən müalicələr və əməliyyat ilə bağlı mümkün dərəcədə daha yaxşı məlumat sahibi olmaqdır. Tətbiq olunacaq əməliyyatların nə olduğunu, niyə lazımlı olduğunu və necə aparılacağını tam olaraq başa düşməyiniz, narahatlığınızın böyük bir hissəsini aradan qaldıra bilər.  Narkoz haqqında məlumat əldə etmək və narkoz  risklərinin daha aşağı olduğunu öyrənmək də, əməliyyat ilə əlaqədar narahatlığınızın aradan qaldırılmasına kömək ola bilər.

Narahatlığınıza səbəb əməliyyat haqqında kifayət qədər məlumata sahib olmamaqdırsa, xəstənin əməliyyat keçirməyə qərar verənə qədər onu maraqlandıran hər cür sualı soruşması və bunlara qənaətbəxş cavablar alması və cərrahın müalicə seçiminin nə olduğunu tam olaraq başa düşməsi böyük əhəmiyyət daşıyır. Bir çox adam üçün, minimum məlumat ilə həyatı dəyişdirəcək bir qərar vermə vəziyyətində, narahatlıq gözlənilən normal bir cavabdır. Xəstə lazımlı məlumatları əldə etdikdə, bu tnarahatlıq ortadan qalxa bilər.

 

Əməliyyat qorxunuzdan  həkiminizə bəhs edin

Bəzən, xəstənin əməliyyatın nələr tələb etdiyi haqqında bir fikir sahibi olmayıb, əməliyyat və nəticələrinin nə ola biləcəyini öz-özünə xəyal etməyə çalışması narahatlığın ortaya çıxmasına səbəb ola bilər. Əməliyyatı reallaşdıracaq həkim əməliyyatdan gözlənilən nəticənin nə olduğu və tipik bir sağalma dövrünün necə olacağı haqqında həqiqi bir fikir əldə etməsini təmin edə bilər.

Narahatlıq özlüyündə əməliyyat ilə əlaqədar və əməliyyatın açıqlanması rahatlanmağa kifayət etmirsə, həkimlər əməliyyatın keçirilməsini mümkün edə biləcək şəkildə xəstəyə dərman müalicələri təklif edə bilər.

Bundan əvvəl xəstə və ya bir yaxınının yaxşı olmayan bir əməliyyat təcrübəsi yaşaması narahatlığın  altında yatan səbəbdirsə, həkim bunun fərqli bir əməliyyat və fərqli bir vəziyyət olduğuna xəstəni təmin edərək, rahatlamasına köməkçi ola bilər

 

Daima nəticə üzərinə fokuslanın

Bir adam əməliyyatdan qorxursa, çox ehtimal əməliyyatın nəticəsinin nə olacağını kifayət qədər düşünmür. Əgər əməliyyat sizin üçün faydalı olarsa,  böyük ehtimal ki elədir, o zaman qəti olaraq narahatlığınıza səbəb yox deməkdir. Əməliyyatdan  sonra şikayətiniz aradan qalxacaq, daha yaxşı bir həyat keyfiyyətinə qovuşacaqsınız, bu səbəblə sizə bu əməliyyat təklif edilir. Bir də əməliyyat olmadığınızı düşünün. Yenə də vəziyyətinizdən məmnun ola biləcəksinizmi, yoxsa normal bir həyat davam etdirmək üçün bütün bunlardan xilas olmağınızımı istəyəcəksiniz. Cərrahi bir əməliyyat, sadə ifadə ilə bədəninizdəki bir və ya daha çox hissənin bərpasıdır, bu səbəbdən əməliyyat qorxusu hiss etdiyinizdə, nəticənin yaxşı olacağı və uzun vədədə hər şeyin yaxşıya gedəcəyini xatırlayın.

Əməliyyat qorxunuz davam etsə bir mütəxəssis ilə məsləhətləşin.

Əməliyyat əsnasında və sonra qarşılaşılacaq həqiqi vəziyyətin tam olaraq başa düşülməsinə baxmayaraq, narahatçılıq təkidli bir şəkildə davam edəcəksə,  bir mütəxəssis ilə məsləhətləşmənin  faydası ola bilər. Narahatlıqları, müalicə müddətində birbaşa iştirak etməyən biri ilə açıq şəkildə müzakirə edə bilmek, xüsusilə də ailə yaxınları və yoldaşların tərəfsiz ola bilmədiyi hallarda, son dərəcə faydalı və yaxşılaşdırıcı ola bilər. Bir mütəxəssis ilə  məsləhətləşmək, əməliyyat və ya sağlamlıq xidmətləri ilə əlaqədar pis təcrübələri olan kəslərin qorxularına qalib gəlməkdə olduqca  köməkçi ola bilər. Mütəxəssislər narahatçılığın və stresə qarşı verilən fiziki reaksiyaların idarə altına alınması üçün faydalı məşqlər, lazım gəldikdə dərman müalicəsi təklif edə bilər.

 

Yorum ekle


Güvenlik kodu
Yenile

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ