ANASAYFA Bilmək istədikləriniz
Süd vəzisi xərçənginin qarşısını almaq üçün nə edə bilərik?

spor_meme_sagligiBu günə qədər süd vəzisi xərçəngi ilə əlaqədar olan bir çox risk faktoru dəqiqliklə araşdırılmışdır. Bu tətqiqatlarda kiçik yaşda aybaşı görmək, gec yaşda klimaks və ailədə süd vəzisi xərçəngi hekayəsinin bu riski artırdığı məlum olmuşdur.

Ailədə süd vəzisi xərçənginin olması, ilk aybaşı yaşı və klimaks yaşı insanın iradəsinə tabe olmayan və dəyişdirilə bilməyən risk faktorlarıdır. Alman xərçəng tədqiqat institutundan Dr Karen Steyndorf və Dr Cenni Çanq-Klod, Hamburq Eppendorf Universitet xəstəxanasından Dr Dieter Flex-Cenis ilə ortaq iş çərçivəsində “həyat tərzi və davranış dəyişiklikləri ilə süd vəzisi xərçəngi riski arasındakı əlaqəni” araşdırmışlar.

“Almaniyada hər il 58 000 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulur” deyən Dr Cenni Çanq-Klod, tədqiqatın məqsədini, “Xüsusilə qarşısı alına bilən risk faktorlarının hansı səviyyədə süd vəzisi xərçənginə səbəb olduğunun müəyyənləşdirilməsi və həyata keçiriləcək olan həyat tərzi dəyişikliyi ilə bu səviyyənin aşağı salınması mümkündürmü?” olaraq açıqlayır.

Tədqiqatlar 4 nöqtədə birləşdirildi: klimaks simptomlarına qarşı istifadə edilən dərmanlar – hormon müalicəsi, gündəlik fiziki fəaliyyət azlığı, artıq çəki və alkoqol qəbulu. Bu 4 faktorun da, daha əvvəl aparılan tədqiqatlarda süd vəzisi xərçəngi üçün risk faktoru olduğu göstərilmişdir.

Alman Xərçəng Yardımı tərəfindən dəstəklənən MARIE adlı tədqiqatda 3074 klimaks sonrası süd vəzisi xərçəngi xəstəsi ilə 6386 müntəzəm müayinə qrupundakı xəstənin epidemioloji tədqiqatı aparılmışdır. Bu tədqiqatın nəticələrinə görə müxtəlif risk faktorlarının təsir etdiyi xərçəng hadisələrinin səviyyələri hesablanmağa başlanmışdır.

Tədqiqatın nəticələrinə görə hormon müalicəsi alan qadınlarla az fiziki fəaliyyətdə olan qadınların süd vəzisi xərçəngi riski daha yüksək çıxmışdır. Alkoqol qəbulunun və artıq çəkili olmağın nisbətən az təsirli faktor olduqları müəyyənləşdirilmişdir. Saylar aşağıdakı kimidir: klimaks sonrası süd vəzisi xərçənglərinin hormon müalicəsi ilə əlaqəsi 19,4% və fiziki fəaliyyət azlığı ilə əlaqəsi isə 12,8% olduğu müəyyənləşdirilmişdir. Hər iki faktorun təsir səviyyəsini topladığımız zaman ortaya çıxan rəqəm 29,8%-dir. Əməliyyatdan sonra reseptor müsbət olduğu müəyyənləşdirilmiş xəstələrdə bu səviyyə daha da yüksəkdir. Bu tədqiqatı aparan alimlər, müəyyənləşdirilən səviyyələrin Almaniyadakı həyat tərzi ilə əlaqədar olduğunu bildirərək, başqa ölkələrdə müxtəlif səviyyələr çıxacağını da söyləmişlər.

Ailə hekayəsi, ilk aybaşı yaşı, klimaks yaşı kimi dəyişdirilə bilməyən risk faktorlarının klimaksdan sonrakı dövrdə olan qadınlarda süd vəzisi xərçənginin yaranmasına təsiri təxminən 37,2%-dir. Dəyişdirilə bilən 2 faktorun təsiri isə buna yaxın çıxmışdır. Dr Karen Steyndorf: “Klimaksdan sonra hormon müalicəsindən vaz keçməklə və daha hərəkətli həyat tərzi ilə süd vəzisi xərçənglərinin qarşısını 30% ala bilərik” deyir. Bu tədqiqatın nəticəsində çox lazım olmadığı müddət boyunca hormon müalicəsindən uzaq durmaq və daha çox idman etmək lazım olduğu müəyyənləşdirilmişdir.
 

Add comment


Security code
Refresh

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ