Süd vəzisi xərçəngi və onun növləri


Süd vəzisində inkişaf edən bir çox şiş növü var. Bu növ şişlər süd vəzisi toxumasında mövqeləri və digər yerlərə yayılıb yayılmamağına görə bir-birindən ayrılır.
Şişlər süd vəzisində südün əmələ gəldiyi yer olan payda (lobulda) meydana gəlirsə, belə xərçəng lobular süd vəzisi xərçəngi və ya karsinomu adlanır. Duktal karsinoma isə südü döş başına daşıyan kanallarda əmələ gələn xərçənglərə verilən addır.

Əlavə olaraq, erkən mərhələdə bir şişin süd vəzisində hələ meydana gəldiyi yerlə məhdud olması in situ və ya non-invaziv olaraq təyin olunur. Bənzər bir yanaşma ilə, şişin süd vəzisinin  başqa hissələrinə yayılması isə invaziv və ya infiltratif olaraq adlandırılır.

Bundan irəli gələrək dörd kombinasiya mövcuddur:

•    Lobular carcinoma in situ (LCIS) – İn situ lobular karsinoma  həqiqi bir xərçəng olaraq qiymətləndirilmir, ancaq gələcəkdə xərçəng ehtimalının artdığını göstərir.
•    Invasive/Infiltrating lobular Carsinoma (ILC) - İnfiltrativ  (invaziv) lobular karsinoma  invaziv xərçənglərin 5%-ini təşkil edir.
•    Ductal carcinoma in situ (DCIS) -   İn situ duktal karsinoma  non invaziv süd vəzisi xərçəngləri arasında ən çox rast gəlinəni və ən yaxşı müalicə edilənidir.
•    Invasive/Infiltrating ductal carcinoma (IDC) -  İnfiltrativ (invaziv) duktal karsinoma  ən çox rast gəlinən süd vəzisi xərçəngi olub invaziv süd vəzisi xərçənglərinin 80%-ini təşkil edir.

sudvezi-01

 

sudvezi-02

 

sudvezi-03

 

sudvezi-04

 


Süd vəzisi xərçəngi yayıldıqda qoltuq altı limfa düyünlərində də xərçəng hüceyrələri əmələ gələ bilər. Aksilyar limfa düyünləri adı verilən bu düyünlərə çatan bir xərçəng bədənin digər bölgələrinə də yayıla bilər. Süd vəzisi xərçəngi başqa orqanlara yayıldığı zaman metastatik süd vəzisi xərçəngi adı ilə qeyd edilir. Sümük, qaraciyər və ağciyərlər süd vəzisi xərçənginin ən çox yayıldığı orqanlardır.

sudvezi-05

 

 

sudvezi-06

 

Add comment


Security code
Refresh