Xərçəngə qarşı idmanla mübarizə

ntv-logo

Alman Bədən tərbiyəsi və İdman Kollecində xidmət edən bir qrup elm insanına görə xərçəng diaqnozunun ardından hərəkəti azaltmaq edilə biləcək ən böyük səhvlərdən biridir .

ntv-meme-kanseri-kesin-taniİSTANBUL - Almaniyadakı xərçəng xəstələrinin sayına hər il orta hesabla 430 min adam əlavə olunur. Bir çox adam xərçəng olduğunu öyrəndikdə tamamilə içinə qapanır və haradasa tamamilə hərəkətsiz bir həyat sürməyə başlayır. Almaniyanın Köln şəhərində olan Alman Bədən tərbiyəsi və İdman Kollecində xidmət edən bir qrup elm insanına görə bu, xərçənglə döyüşdə edilə biləcək ən böyük səhvlərdən biridir.

Kölndəki Alman Bədən tərbiyəsi və İdman Kollecində vəzifə tutan iş qrupunun başçısı Freerk Baumann. 35 yaşındakı idman alim və qrupu, idmanın xərçəng müalicəsi və müalicədən sonra xərçəng xəstələri üzərindəki təsirlərini araşdırır. Qrupun araşdırmalarından çıxan nəticələr, hərəkətin xəstələrin güc və dayanıqlılığını artırdığını, bədənin stress altında olduğunu göstərən qandakı dəyərləri aşağı saldığını ortaya qoyur.

Ancaq Baumann'a görə xəstələr üçün ilk addım heç də asan deyil. Baumann "Qarşılaşdıqları əsas çətinlik əlbəttə ki qorxu və inamsızlıqdır. Araşdırmalar, diaqnozun ardından fəaliyyət  səviyyəsində yüzdə 30 bir eniş yaşandığını göstərir. Ancaq etdiyimiz araşdırmalar hərəkətsizlik və adamın özünü lazım olandan çox çəkinməsinin edilə biləcək ən böyük səhv olduğunu ortaya qoyur. Bu, belə bir vəziyyətdə risk səviyyəsini ən çox artıran faktordur  "şərhini edir.

İLK ADDIM ÜÇÜN PROFESSİONAL DƏSTƏK

Xəstələrin yaşadığı bu "səhv bir şey etmə qorxusunu" məğlub edə bilmək üçün araşdırmaya qatılan bütün xəstələr idman yararlılıqları  mövzusunda ətraflı bir araşdırmadan keçirilir, dayanıqlılıq və güc testləri yoxlanılır.  Xərçəng xəstələrinin  EKQləri (elektrokardiaqrama)  çəkilir və qan dəyərləri nəzarət edilir. Fiziki testlərdən savayı xəstələr psixoloji testlərdən keçirilir. Çox əhəmiyyətli bir başqa məqam isə, özlərini etibarda hiss etmələri üçün ilk məşqləri zamanı həkimlər, psixoloqlar, idman alimləri və fizioterapevtlərdən  ibarət olan bir qrup onları  müşayiət edir

Digər tərəfdən məşqlərin xərçəngin növünə, müalicə şəklinə və xəstənin vəziyyətinə uyğun şəkildə təşkil edilməsi böyük əhəmiyyət daşıyır. Çünki məsələn, bəzi kimyəvi üsulla  müalicələr  ürək ritminə təsir edir. Müxtəlif xərçəng növləri bədən üzərində fərqli təsir  göstərir.

Freerk Baumann və qrupu xərçəng müalicəsinin yan təsirlərini minimuma endirə bilmək üçün tətbiq olunması lazım olan ən doğru məşq müalicəsini  inkişaf etdirməyə çalışır. Cavabı axtarılan bir başqa məsələ isə, nə vaxt idmana fasilə vermək və nə vaxt bədəni istirahət etdirmək lazımdır 

YAXŞILAŞMAQ ÜÇÜN YOLA ÇIXIRLAR

Layihə süd vəzisi xərçəngi xəstələri üçün kimyəvi üsulla müalicə zamanı tətbiq olunan dözümlülük məşqindən tamamlayıcı müalicə mərhələsində edilən uzun gedişlərə və velosiped dövrlərinə qədər geniş bir yelpiyə  sahibdir. Alp dağlarından Venesiyaya 500 kilometrlik bir gediş, ya da Kölndən Marselə min 400 kilometrlik bir velosiped turu ... İmkansızdırmı? Onlar üçün deyil ...

Elizabet Braun da idmanın yaxşılaşdırıcı təsirilə  bu yola baş vuranlardandır. Bundan altı il əvvəl sinə xərçəngi diaqnozundan sonra Nordic Walking yəni Skandinaviya yürüşünə başlayan 57 yaşındakı Braun, qısa bir müddət sonra isə''Santiago yürüşü''adlı xristianların xaç yürüşünə qatılmaq üçün Freerk Baumann'a müraciət etmişdir. Braun "Bu etdiyim ilk şey idi. Bunu digər layihələr izlədi. Xərçəng və qaçış, linfa ödəmi və su idmanları, linfa ödəmi və yürüş. Bütün araşdırmalar olduqca uğurlu oldu və məni mümkün qədər hərəkət etməyə təşviq etdi" şəklində danışır.

Elizabet Braun xərçəngə qalib gəlməkdə idmanın az hesab edilə bilməyəcək bir təsiri olduğunu düşünür. Hətta Braun, bu günkü kondisyonunun xəstəlikdən əvvəlkindən də belə yaxşı vəziyyətdə olduğu fikirindədir.

Elm aləmində xərçəng müalicəsində idman və hərəkətin dəstəkləyici təsiri getdikcə daha çox qəbul edilir. Ancaq bu mövzudakı idman qruplarının sayı hələ olduqca kifayət qədər deyil. Almaniyada ürək xəstələri üçün təxminən 7 min idman qrupu olduğu halda, xərçəng xəstələri üçün yaradılan qrupların sayı təxminən 950-dir.

 http://www.ntvmsnbc.com/id/25309521/

 

Add comment


Security code
Refresh