ANASAYFA Fibroadenoma
Fibroadenoma

fibroadenomaFibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilir. Bütün cəmiyyətdə 10% rastlanır.

Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmış, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər. Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir.

Ələ asanlıqla gəlməsi, dəqiq diaqnoz üçün kifayət deyil; Fibroadenoma diaqnozu klinik diaqnoz deyil. Dəqiq diaqnoz üçün kütlənin çıxarılması və ya iynə biopsiyası ilə nümunə alınıb patoloji analiz aparılmalıdır. Səhv diaqnoz qoymamaq üçün “üçlü test” tətbiq edilməlidir. fibroadenoma01Müayinə ve radioloji müayinə, fibroadenoma olduğunu düşündürsə də, mütləq biopsiya ilə bunu göstərmək lazımdır.

Fibroadenomaların süd vəzisi xərçəngi ilə əlaqəsinin olub olmadığı, illər boyunca təcrübələrin mövzusu olmuşdur. Bu günə qədər süd vəzisi xərçənginin inkişafında fibroadenomaların bir rolu olduğu göstərilə bilməmişdir. Döşündə fibroadenoma və ya fibroadenomalar daşıyan qadınların süd vəzisi xərçənginə tutulma riskində bir artma yoxdur.

Fibroadenomaların klinik əhəmiyyəti:

Fibroadenomalar tək başına bir problem təşkil etmirlər. Çox yavaş böyüdükləri, ətraf toxumalara yayılmadıqları üçün bədən üçün heç bir təhlükə yaratmırlar. Fibroadenomaların müalicəsindən  çox dəqiq diaqnozu daha vacibdir. Əgər müayinə və radioloji müayinələrdə fibroadenoma olduğu düşünülən bir kütlə varsa, bunun dəqiq diaqnozu qoyulmalıdır. süd vəzisi xərçəngi ilə qarışdırılmaması və bu səbəblə xərçəng diaqnozu unudulmamalıdır.

fibroFibroadenomalarda diaqnoz-müşahidə və müalicə protokolu xəstənin fərdi xüsusiyyətlərinə görə xəstə ilə həkim arasında birlikdə qərar verilir. Ümumiyyətlə, xəstə 40 yaşdan kiçikdirsə, iynə biopsiyası və ya True cut biopsiyası ilə nümunə alınıb histopatoloji tədqiqat aparıla bilər. Xəstə 40 yaşdan böyükdürsə, cərrahi olaraq çıxarılması daha uyğundur.


 

Yorumlar  

 
+3 #2 Dr Hamdi Kocer 04-08-2015 12:51
4 cm ise fibroadenom büyük ve o nedenle ameliyat olsan daha iyi olur.

Ameliyat ile ana olmaq arasında elaqa yoktur. İstediğin zaman hemen ana olabilirsin.

Alıntılandı Ruhi:
Salam doktor. Məndə fibrodonema var. 4 sm dir. 25 yaşım var. 6 aydı ailəliyəm. Bir neçə ildi fibrodonema məndə var. Amma gec bilmişəm. Həkim deyib əməliyyat olmalısan. Əməliyyat olsam ana ola biləcəm. Əməliyyatdan sonra nə qədər gözdüyə bilərəm ana olmağ üçün. Çox sağ olun.
Alıntı
 
 
+1 #1 Ruhi 03-08-2015 17:42
Salam doktor. Məndə fibrodonema var. 4 sm dir. 25 yaşım var. 6 aydı ailəliyəm. Bir neçə ildi fibrodonema məndə var. Amma gec bilmişəm. Həkim deyib əməliyyat olmalısan. Əməliyyat olsam ana ola biləcəm. Əməliyyatdan sonra nə qədər gözdüyə bilərəm ana olmağ üçün. Çox sağ olun.
Alıntı
 

Yorum ekle


Güvenlik kodu
Yenile

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ