ANASAYFA Döş Ağrısı və Rastlanma Tezliyi
Döş Ağrısı və Rastlanma Tezliyi

bulgularDöş ağrısı qadınlar arasında çox tez-tez rastlanan bir şikayətdir: hər 3 qadından 2-si arada bir döş ağrısı çəkir.  Xəstələrin bir çoxu həkimə getmir, ancaq üç nəfərdən biri ginekologa və ya döş xəstəlikləri üzrə mütəxəssis olan ümumi cərraha müraciət edir.

Döş ağrıları kontraseptiv dərmanlar istifadə edən qadınlarda daha az problem yaradır,  siqaret çəkənlərdə, çox qəhvə içənlərdə və davamlı stres altında yaşayan qadınlarda isə daha tez-tez rastlanır. Xəstələrin az bir hissəsi müalicəyə ehtiyac ola biləcək dərəcədə ağrı çəkir. Həkimə müraciət edənlər daha çox xərçəng qorxusu ilə gəlirlər. Xərçəng olmadığının ortaya çıxması belə xəstələrin bir çoxunun rahatlamasına və şikayətlərini daha az hiss etmələrinə səbəb olur.

Döş ağrısı həkimə müraciət etmə səbəblərinin ən başında gəlir. Birinci səbəb döş ağrısı, digər səbəb isə döşdə bir kütlənin əl ilə hiss edilməsidir. Hər ikisi də xəstələri bizə gətirdiyi üçün və xəstələrin həkim tərəfindən və radioloji müayinələrini həyata keçirməyimizə imkan verdiyi üçün çox qiymətlidir. Döşdə əl ilə hiss edilən kütlələrin ancaq 10%-i süd vəzisi xərçəngi çıxır. Döş ağrısı ilə müraciət edən xəstələr arasında süd vəzisi xərçəngi rastlanma tezliyi daha azdır.

Döş ağrısını 3 qrupa ayıra bilərik: arada baş qaldıran döş ağrıları, hər zaman narahat edən döş ağrıları və döş xaricində olan döş qəfəsi ağrıları. İlk iki qrup ağrılar süd vəzisi toxuması mənşəlidir, üçüncü qrup isə daha çox döş qəfəsi divarı əzələ və oynaq sistemi mənşəlidir. Bu ağrıları bir-birindən ancaq diqqətli bir müayinə ilə ayırmaq mümkündür.

Ağrının xüsusiyyəti çox vacibdir: aybaşı dövrləri ilə əlaqəsinin olub olmadığı, nə tezliklə yaşandığı, nə qədər çəkdiyi, necə keçdiyi kimi sualların cavabları ağrının diaqnostikası baxımından həkim üçün vacib məlumatlardır.

 

Döş ağrısı üçün tədbirlər və müalicələr:

Döş ağrısı çəkən xəstələrin çoxu bunun səbəblərini öyrəndikdən sonra və özündə heç bir problem olmadığını anlayanda rahatlayır. Sadəcə xəstələrin 3%-nin ağrı şikayətləri tibbi müalicə tələb edir.

Bəzi tədbirlər ilə xəstələrin döş ağrılarını daha asan keçirmələri mümkündür: Xüsusilə bərk byustqalter istifadə etmək, ağrılı vaxtlarda, gecələr də çıxarmamaq xəstələrin böyük hissəsini rahatlaşdırır. Aybaşıdan əvvəlki dövrdə döşlərdə ödem olduğuna görə xüsusilə bu dövrdə su ve duz qəbulunu azaltmaq, hətta lazım gəlsə, sidikqovucu dərmanlardan istifadə etmək faydalıdır.

Döş ağrısı olan xəstələrin siqaret istifadə etməmələri, qəhvəni kəsmələri və ya azaltmaları da ağrıları azaldacaq. Elmi tədqiqatlarda, pəhrizdəki yağ səviyyəsinin azaldılmasının da ağrını uzun müddətlik azaltdığı göstərilmişdir.

Döş ağrısı olduğu vaxtlarda sadə ağrıkəsicilərdən istifadə edilə bilər. Daha ciddi dərmanların istifadəsi üçün xəstənin ən az 6 aydır davam edən və gündəlik həyat komfortunu pozan ağrısı olmalıdır. Istifadə olunan dərmanların tərkibində hormon olduğuna görə və ya bədəndəki hormonlar üzərində nizamlayıcı təsiri olduğuna görə ciddi yan təsirlərə malikdir: ürək bulanması, depresiya, aybaşı pozğunluğu, baş ağrısı, səsin qalınlaşması və tüklənmə kimi.

Ağrılı dövrdə mammoqrafiya çəkdirib sonra isə mammoqrafiyanın ağrılı olduğundan şikayət etmək, bu yersiz qorxunun cəmiyyətdə yayılmasına vasitəçi olmaq, hətta bu qorxu səbəbi ilə həyatında heç vaxt mamoqrafiya çəkdirməmiş və inkişaf etmiş dərəcədə gecikmiş süd vəzisi xərçəngi ilə bizə müraciət edən xəstələrin məsuliyyətinə ortaq olmaq deməkdir. Bu mövzunun sosial bir məsuliyyət olduğunu unutmayaq: ağrılı dövrlərdə mammoqrafiya cəkdirməyək.

Ağrılı dövrlərdə mammoqrafiya çəkdirilməməsinə diqqət göstərmək lazımdır. Mammoqrafiya təcili bir müayinə metodu olmadığına görə aybaşı bittikdən sonra çəkildiyi zaman həm nəticələr daha doğru olacaqdır; həm də çox rahat və komfortlu bir müayinə həyata keçiriləcəkdir.


 

Yorum ekle


Güvenlik kodu
Yenile

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ