ANASAYFA Bilmək istədikləriniz
Bilmək istədikləriniz

Mammoqrafiyada nə qədər şüa alınır?

Mammoqrafiyada alınan şüanın miqdarı çox azdır, bir ağciyər tomoqrafiyası zamanı alınan şüa miqdarından daha azdır. Ona görə də müəyyən yaşdan sonra hər il çəkilməsi rahatliqla məsləhət görülür.  Müəyyən yaşdan sonra çəkilməsinin iki səbəbi var. Süd vəzisi xərçəngi daha çox 40 yaşının üstündə rastlanır. Ona görə də profilaktika məqsədilə çəkilən mammoqrafiyalarda 40 yaş limiti qoyulmuşdur. Ikinci səbəb isə gənc qadınların süd vəzisindəki toxuma sıxlığının yüksək olması ilə əlaqədar müayinənin həssasiyyətinin az olmasıdır. Ancaq lazımi hallarda hər yaşdakı qadına mammoqrafiya müayinəsi aparıla bilər, səhhət baxımından hər hansı problemə yol açmaz.

Heç bir şikayətim olmamasına baxmayaraq niyə müayinə olmalıyam?

Süd vəzisi xərçənginin diaqnozu erkən qoyulduğu zaman müalicə sonunda həm xəstənin həyatı qurtulur, həm də süd vəzisi yerində qalır. Bunun üçün tək şərt xəstəliyin inkişaf etmədən tapılmasıdır. Əl ilə müayinədə  qadın öz döşündəki 2 sm-lik kiçik kütlələri hiss etmelidir. Lakin təcrübəli bir həkim, şişi 1-1,5 sm ikən, mammoqrafiya isə hətta 0,5 sm ikən görə bilər. Ona görə 35 yaşınızda şıkayətiniz olmasa belə, mütləq həkimə getməlisiniz. Sonra isə vəziyyətinizə uyğun olaraq illik müayinələrə gəlməlisiniz.

Döş protezi təhlükəlidirmi?

Estetik məqsədlə istifadə edilən silikondan düzeldilmiş və ya silikonla örtülü döş protezləri ilə süd vəzisi xərçəngi arasında bir risk əlaqəsi olması uzun müddətdir ki, tədqiqat mövzusu olmuşdur. Bugün belə bir əlaqənin varlığı isbat edilməmişdir.

Bu mövzudakı ikinci müzakirə mövzusu isə döşə yerləşdirilən protezin daha sonrakı müayinə və radioloji müayinələrdə bir az problem çıxarda biləcəyidir. Keçmiş illərdə pektoral əzələnin (döş divarı əzələsi) önünə qoyulan protezlərdə belə bir risk vardı. Ancaq artıq protezlərin döş içinə deyil, qabırğalarla pektoral əzələ arasına qoyulması bu riski də aradan qaldırmışdır. Döşə estetik məqsədlə qoyulan protezlərin süd vəzisi xərçənginə asanlaşdırıcı və ya diaqnoz qoyulmasını gecikdirən bir təsiri yoxdur.

Kontraseptiv dərmanlar süd vəzisi xərçənginə səbəb olurmu?

Tədqiqatlar, kontraseptiv dərman istifadə edən qadınlarda, həyatında heç bir zaman istifadə etməyənlərlə müqayisə edildiyi zaman süd vəzisi xərçəngi riskinin bir az yüksəldiyini göstərmişdir; ancaq bu risk dərmanın kəsilməsindən sonra dərhal azalır. Son 10 il ərzində kontraseptiv dərman qəbul etməyən bir qadının riski normal səviyyəyə düşür. Kontraseptiv dərman istifadə etmək istəyən qadınların süd vəzisi xərçəngi baxımından digər riskləri də nəzərə alınmalı və dərmana başlamazdan əvvəl bu riskləri həkiminiz ilə birlikdə gözdən keçirməlidir.

Deodorantlar süd vəzisi xərçənginə səbəb olurmu?

Bu mövzuda zaman zaman mediada yazılar çıxmışdır.  Internet dünyasında dolaşan bir e-mail ilə qoltuq altına vurulan deodorantların limfa dövranını pozaraq toksinlərin döşdə toplanmasına səbəb olması və süd vəzisi xərçənginə yol açması haqqında şayələr yayıldı. Bu xəbərə dəstək verən təcrübələr və ya statistika məlumatları yoxdur. Yəni iddianın elmi bir mənbəyi yoxdur. Kiçik bir tədqiqatda bəzi deodorantların içindəki maddələrin çox zəif bir esterogen təsir göstərdiyi və bir qrup süd vəzisi xərçənginə inkişaf etdirici təsiri olduğu bildirilmişdir. Yenə də bu tədqiqatda süd vəzisi xərçənginə bu maddələrin səbəb olduğu tam olaraq göstərilə bilməmişdir. Bu bir ilk tədqiqatdır və üzərində daha çox iş tələb edir. Bunun əksinə, böyük qruplarda həyata keçirilən tədqiqatlarda süd vəzisi xərçəngi ilə deodorant istifadəsi və ya qoltuq altındakı tüklərin gigiyenası arasında hər hansı əlaqə tapılmamışdır.

Süd vəzisi xərçəngi irsidirmi?

Bir çox qadının ailə anamnezində qan bağı olan bir qohumunda süd vəzisi xərçəngi olmuş ola bilər. Bunların çoxu sadəcə təsadüfidir, qadınların isə ana və ya ata tərəfindən eyni qan bağı qolundan birdən çox süd vəzisi xərçəngi olan yaxını ola bilər. Bu vəziyyətdə ailənin qadınlarının uzun zaman boyunca xərçəngə səbəb olan xəstə geni daşıması ehtimalı mümkündür. Ailəvi süd vəzisi xərçəngi, bütün süd vəzisi xərçəngləri arasında ancaq 5 % təşkil edir. Bu xəstə geni daşıyan ailələrdəki bütün qadınların qan analizləri ilə mövcud risklərinin qiymətləndirilməsi qoruyucu həkimlik baxımından önəmlidir.

Qısaca süd vəzisi xərçənglərinin kiçik bir hissəsi ailəvidir və əlbəttə irsi yol ilə nəsildən nəslə keçir. Bu genetik keçidə yol açan genlərin tapılması nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisi xərçəngləri arasında yalnızca 5%-i ailədən keçir.

Süd vəzisi alındı, nə vaxt estetik əməliyyat ola bilərəm?

Bəzi xüsusi vəziyyətlər istisna olmaqla, süd vəzisi əməliyyatlarının çoxunda süd vəzisini almaqa ehtiyac qalmır. Döşün alınması ilə döş rekonstruksiyası arasında keçən müddət normal şəraitdə ən az 1 il olmalıdır. Bu bir illik müddət əməliyyat sonrası lazım olan müalicələr, məsələn radioterapiya, xemoterapiya müddəti, sonra isə toxumaların sağalması üçün lazım olan müddət və sahədə xəstəliyin yenidən lokal baş qaldırmadığından əmin olunması məqsədini daşıyır. Bəzi xüsusi hallarda xəstəliyin çox erkən dövrdə olması və ya qoruyucu səbəblərlə hər iki tərəfi daha xərçəng inkişaf etmədən mastektomi (döşün alınması) tətbiqi zamanı eyni seansda rekonstruksiya aparılır; gözləməyə ehyitac olmur.

Qoltuq altındakı limfa vəziləri sadəcə xərçəng ilə əlaqədar olaraq böyüyür?

Qoltuq altındakı vəzilər sadəcə xərçəng ilə əlaqədar olaraq böyüməz, hər cür infeksiya (virus-bakteriya-göbələk), yaralanma, şeytan dırnağı, manikur, döş infeksiyası, döş abssesi və s. kimi bir çox hallarda böyüyə bilər. Xərçəngdən başqa hallar klinik olaraq vacib deyil.

 

 

 

Add comment


Security code
Refresh

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ