ANASAYFA Ailədən Gələn Süd Vəzisi Xərçəngi
Ailədən Gələn Süd Vəzisi Xərçəngi

ailedememeQadınların bəzilərinin süd vəzisi xərçəngi xəstəliyi keçirmiş gohumları ola bilər. Lakin , ailəsində bu xəstəliyin olmamasına baxmayaraq bəzi gadınların da garşılarına bu xəstəlik çıxa bilər , Ata və ana tərəfində bir neçə nəfərdə süd vəzisi xərçəngi olan gohunmların  olması ailənin gadınlarında uzun müddətli süd vəzisi xərçənginə imkan yaradan xətalı gen olduğuna işarə sayılır. Ailədən gələn süd vəzisi xərçəngi adlandırılan bu vəziyyət bütün  süd vəzisi xərçəngi arasında qadınların sadəcə %5'də rast gəlinə bilər. Belə xətalı geni olan ailənin bütün qadınlarının həkim tərəfindən təyin olunan qan testlərindən keçirilməsi vacibdir. 

Bu o demək deyil ki, ailəsində süd vəzisi xərçəngi olan hər qadın bu xəstəliyi keçirəcək. Əgər bir gadının nəsilində bir neçə süd vəzisi və yumurtalıq xərçəngi olan şəxslərvarsa, bu şəxslərdə 40 yaşından əvvəl süd vəzisi xərçəngi müəyyən olunursa, bundan başqa ailənin üzvlərindən kişilərdə də bu xəstəlik müşahidə olunursa, o zaman biz ailədən gələn süd vəzisi xərçəngi barədə düşünməliyik.

Tez tez süd vəzisi xərçəngi  müşahidə olunan ailələrdə səbəbin məhz xətalı genlərin olduğu qeyd olunur. Ailədən gələn süd vəzisi xərçənginin yaranması üçün süd vəzisi  xərçənginə səbəb olan xətalı geni nəzərdən keçirmək lazımdır. Süd vəzisi xərçəngi təhlükəsini artıran fərgli gen xətalarının olması mümkündürsə də, bunların arasında əsasən ikisi tam olaraq ortaya çıxmış və araşdırılmaqdadır: hal hazırda xəstələrin BRCA1-BRCA2 genləri üzərinde testlər həyata keçirilir. Bu gen testlərində cavab müsbət çıxarsa da belə, bu o şəxsin süd vəzisi xərçəngi olacağı mənasına gəlməz. Amma yuxarıda adı keçən iki xətalı genin ortaya çıxması o şəxsin süd vəzisi xərçəngi xəstəliyi keçirməsi təhlükəsinin %85ə çatırır. Xətalı geni olan gadınların yarısı 50 yaşına gələnə qədər süd vəzisi xərçəngini keçirə bilər.


Bu testi süd vəzisi xərçəngi diaqnozu qoyulmuş və bu xərçəngin, “Ailəvi süd vəzisi xərçəngi” ola biləcəyi şübhəsi olan xəstəyə tətbiq etmək lazimdır. Əğər bu şəxsdə test müsbət çıxarsa, yəni ailənin genetik meyilliliyi olduğu təyin olunarsa, o ailənin bütün qadınları bu testlərlə müayinə olunur. BRCA1 və ya BRCA2 negativ (mənfi) olan qadınlar və ya qızlar süd vəzisi xərçəngi barəsində toplumla eynı riski daşıdığı halda, testi pozitiv (müsbət) çıxanlar yüksək risk daşıyır mənasına gəlir.

Ailədən gələn süd vəzisi xərçəngi təhlükəsi altında olan qadınların çox ciddi şəkildə süd vəzisi xərçəngi müayənəsindən və süd vəzisi xərçəngi testlərindən keçməsi lazımdır.

 

Add comment


Security code
Refresh

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ